Parlamentdə Trampın papaqları paylandı - İsraildə

İsrail parlamentində ABŞ prezidenti Donald Trampın çıxışından əvvəl MAGA stilində olan papaqlar paylanıb

Oct 13, 2025 - 13:34
Parlamentdə Trampın papaqları paylandı - İsraildə

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “The Times of İsrael” qəzetinin müxbiri Samyuel Sokol X səyihəsində məlumat paylaşıb. 

Onun sözlərinə görə, Knesset əməkdaşlarına Donald Trampın “Amerikanı yenidən möhtəşəm et” nümunəsinə bənzər naxışlı qırmızı beysbol papaqları verilib. 

Papaqların üzərində “Tramp – sülhün prezidentidir” şüarı yazılıb. 

Xatirə SADİQ