Moldova partiyasının tələbi Moskvanı özündən çıxardı

Moldovanın Moskvadakı səfiri Lilian Dariy Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. 

Jan 27, 2025 - 18:38
Moldova partiyasının tələbi Moskvanı özündən çıxardı

SAVASHMEDİA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Məlumata görə, Moldova siyasi partiyalarından birinin Rusiyanın Kişinyovdakı səfirinə qarşı əsassız ittihamlar, onun ölkədən çıxarılması və Rusiya səfirliyinin fəaliyyətinin məhdudlaşdırılması çağırışlarını ehtiva edən son bəyanatı ilə əlaqədar səfirə etiraz edilib. 

Moldova tərəfindən təcili sürətdə Moldova Respublikasının rəsmi şəxslərinin bu əsassız iddiaları açıq şəkildə təkzib etməsi istənilib.
 
Bundan başqa, Moldova XİN-nin qaz tədarükü ilə bağlı notasına cavab olaraq Rusiyanın Kişinyovdakı səfirliyinin məxfi notasının Moldova tərəfindən dərc olunması ilə əlaqədar Lilian Dariyə etiraz edilib. Rusiya tərəfi bunu Moldova diplomatiyasına etimadı sarsıdan və Kişinyovla diplomatik kanallar vasitəsilə qarşılıqlı əlaqənin etibarlılığını şübhə altına alan növbəti qeyri-dost addım kimi qiymətləndirib.

Milli Moldova Partiyası (PNM) ötən həftə dərc etdiyi bəyanatda Rusiyanın Moldovadakı səfiri Oleq Ozerovu qeyri-qanuni və təxribat xarakterli hərəkətlərdə ittiham edib. Onun etimadnaməsini hələ də prezident administrasiyasına təqdim etmədiyinə, Moldova qanunvericiliyini pozaraq, Xarici İşlər Nazirliyinin icazəsi olmadan Dnestryanı bölgəyə getdioyinə diqqəti cəlb edib. Bu səbəblərdən rusiyalı səfirin Moldovadan çıxarılması tələb edilib. 

Xatirə SADİQ