Polyak nazirdən İlona Maska təpki – “Tesla”nı almayın!”

Polşanın idman və turizm naziri Slavomir Nitras bütün polyakları “Tesla” avtomobillərini boykot etməyə çağırıb .

Jan 27, 2025 - 18:41
Polyak nazirdən İlona Maska təpki – “Tesla”nı almayın!”

SAVASHMEDİA.az xarici KİV-ə istinadən xəbər verir ki, nazir bunu amerikalı milyarder İlon Maskın sözləri ilə əsaslandırıb. 

Qeyd edək ki, amerikalı biznesmen Almaniyada keçmişə görə günahkarlıq hissinə həddən artıq diqqət ayırdıqlarını söyləyib. Onun fikrincə, uşaqlar valideynlərinin və nənə və babalarının günahlarına görə özlərini günahkar hiss etməməlidirlər.

Maskın bu sözlərindən sonra Nitras bildirib: “Artıq heç bir normal polyak “Tesla” almamalıdır. İstehlakçı boykotu kimi bir şey də daxil olmaqla, buna ciddi və qətiyyətlə cavab verməliyik”.
 
Polyak nazir hesab edir ki, amerikalı iş adamı avropalılardan fərqli olaraq faşizmin dirçəliş təhlükəsini, ümumiyyətlə, hiss etmir. Nitrasın fikrincə, Avropanın mərkəzində yaşayan “istənilən normal insan” səksən il əvvəl baş verənləri xatırlayır.

"Bu, yenidən doğula bilən əjdahadır”, - deyə nazir faşizmin dirçəliş ehtimalı ilə bağlı əlavə edib.

Polşanın baş naziri Donald Tusk da Maskı tənqid edərək, onun sözlərinin “çox tanış və məşum səsləndiyini” xatırladıb.

Xatirə SADİQ