HƏMAS 20 girovu İsrailə qaytardı
Fələstinin HƏMAS qruplaşması son 13 girovunu Qırmızı Xaça təhvil verib.
SAVASHMEDİA.az “The Times of Israel” nəşrinə istinadən xəbər verir ki, beləliklə, iki ildən artıq əsirlikdə olan 20 nəfərin hamısı evlərinə qayıdır.
Bu məlumatı İsrail müdafiə qüvvələri (İDF) də təsdiqləyib: “Qırmızı Xaç Cəmiyyətinin məlumatına görə, 13 girov onların himayəsinə verilib və hazırda onlar İDF və İsrail Təhlükəsizlik Xidmətinə doğru yola düşüblər”.
Qırmızı Xaç-dan bildirilib ki, 13 nəfəri girov təhvil alınıb və onların vəziyyəti qənaətbəxşdir.
Qısa müddət sonra İDF artıq azad edilmiş 13 girovu qarşıladığı barədə xəbər yayıb.
Qeyd edək ki, HƏMAS sonra 28 ölü girovun cəsədini qaytarmalıdır. Onlardan bəzilərinin oktyabrın 13-də nahar vaxtı təhvil verilməsi planlaşdırılır. Eyni zamanda, HƏMAS vasitəçilərə bildirib ki, ölən girovlardan bəzilərinin cəsədlərinin harada olduğunu bilmir və bu, onların İsrailə təhvil verilməsini ləngidə bilər.
Xatirə SADİQ