Mask: "Məni öldürmək istəyirlər"

ABŞ Hökumətinin Effektivlik Departamentinin (DOGE) rəhbəri İlon Mask pis adamların onu öldürmək istəyi barədə danışıb.

Mar 19, 2025 - 17:15
Mar 19, 2025 - 17:16
Mask: "Məni öldürmək istəyirlər"

SAVASHMEDİA.az xəbər verir ki, bu fikirləri o, "Fox News"a müsahibəsində bildirib.

Son həftələrdə federal bürokratiyanı azaltmağa yönəlmiş səylər səbəbindən tənqidlərin hədəfinə çevrilən İlon Mask bildirib:

“Məni öldürmək istəyirlər, çünki onların fırıldaqlarını dayandırıram. Hökumətdəki dəhşətli israfı və korrupsiyanı dayandırırıq və məncə onlar pis insanlardır. Pis insanlar pis əməllər törədir”.