Macarıstan parlamenti bunu qadağan etdi

Macarıstan parlamenti LGBTQ+ icmasının nümayəndələrinin qürur paradlarını qadağan edən qanunu qəbul edib.

Mar 19, 2025 - 17:03
Macarıstan parlamenti bunu qadağan etdi

SAVASHMEDİA.az bu barədə “Reuters” agentliyinə istinadən xəbəbr verir.

Qanun layihəsini Macarıstanın baş naziri Viktor Orbanın rəhbərlik etdiyi “Fides” hakim partiyası təqdim edib. Hakim partiya illik paradın uşaqlar üçün zərərli ola biləcəyini vurğulayıb. Parlament qanun layihəsini sürətləndirilmiş şəkildə təsdiqləyib.

Sənəd Budapeştin liberal meri tərəfindən tənqid olunub. Səsvermə zamanı isə müxalifət partiyası “Momentum”dan olan millət vəkilləri tüstü bombaları yandırıblar, üstəlik Orban və Putinin öpüşərkən montaj edilmiş fotoşəkillərini səpələyiblər. 

Qanun layihəsinin qəbulu ölkə paytaxtında etiraz aksiyalarına gətirib çıxarıb.

Xatirə SADİQ