Macarıstan prezidenti statusundan “Rusiya” sözünü çıxardı

Macarıstan prezidenti Tamaş Sulyok səhər saatlarında Ukraynanın Mukaçevo şəhərinə hücumla bağlı status paylaşıb, lakin bir saat sonra mətnə düzəliş edib.

Aug 21, 2025 - 15:10
Macarıstan prezidenti statusundan “Rusiya” sözünü çıxardı

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Telex portalı yazıb. 

Bunun nəticəsində prezidentin postunda “Rusiyanın raket hücumu” əvəzinə yalnız “raket hücumu” qalıb. 

İndi onun “Facebook” statusu belə görünür: “Mukaçevoya raket zərbəsi nəticəsində zərərçəkənlərə kədərlə üzüntümü bildirir, onların tezliklə sağalmalarını və tam bərpa olunmalarını arzulayıram. Rusiya-Ukrayna münaqişəsinin tezliklə başa çatması bizim hamımızın marağındadır. İnanıram ki, döyüşən tərəflər bunu dərk edə biləcəklər və beynəlxalq diplomatik səylər sayəsində bu qeyri-insani və mənasız qırğına tezliklə nöqtə qoyulacaq”.

Qeyd edək ki, Mukaçevo şəhəri Macarıstan sərhədindən cəmi 30 km aralıda yerləşir.

Xatirə SADİQ