Zelenski işğalçı qonşusunu Amerika ilə hədələdi
“Əgər Putin Zelenski ilə ikitərəfli formatda danışıqlara “hazır” deyilsə, Ukrayna ABŞ-dən sanksiyaların artırılması şəklində cavab gözləyir”.
SAVASHMEDİA.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bunu pezident Volodimir Zelenski yerli jurnalistlərlə görüşündə bildirib.
“Biz ümid edirik ki, Amerika buna reaksiya verəcək. Çünki onlar özləri deyirlər: “Ok. O zaman ikitərəfli, sonra üçtərəfli, və Putin buna razı olacaq”. Razılaşmalıdır, çünki tərəflərdən biri bu müharibəni bitirmək istəməsə, o zaman Amerika reaksiya verəcək. Biz bu müharibənin bitməsini istəyirik və bunu açıq şəkildə nümayiş etdiririk. Deməli, indi Rusiya tərəfdən bir addım olmalıdır”, - deyə Zelenski vurğulayıb.
Onun sözlərinə görə, avropalı müttəfiqlər və Ukrayna belə görüşü “neytral” Avropada – məsələn, İsveçrə və ya Avstriyada keçirmək istərdi.
Xatirə SADİQ