Avropa liderləri bu gün Parisdə toplanır

Bu gün Parisdə keçiriləcək görüşdə Avropa liderləri Ukraynanın avtomatik olaraq NATO üzvlüyünə qəbulu variantını müzakirə edəcəklər.

Feb 17, 2025 - 12:20
Avropa liderləri bu gün Parisdə toplanır

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Britaniyanın “The Guardian” nəşri məlumat yayıb. 

Nəşr yazır ki, bu plan sülh sazişi əldə olunacağı təqdirdə Rusiyanın atəşkəs rejimini pozacağı hal üçün nəzərdə tutulub. Nəşr yazır ki, bu plan bəzi amerikalı senatorlar tərəfindən irəli sürülüb və hazırda Finlandiya prezidenti Aleksandr Stubb da daxil olmaqla bəzi Avropa liderlərinin dəstəyini qazanıb.

Stubb Rusiyanın ambisiyaları ilə bağlı xəbərdarlıq ifadə edib və bildirib ki, Rusiyanın təsir dairələri fantaziyalarına qapı açılmamalıdır. Onun sözlərinə görə, istənilən danışıqlarda Ukraynanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü təmin edilməlidir. 

Bazar ertəsi günortadan sonra keçiriləcək sammitdə  Almaniya, İngiltərə, İtaliya, Polşa, İspaniya, Niderland və Danimarka liderlərini, həmçinin Avropa Komissiyasının prezidenti və NATO-nun baş katibi iştirak edəcəklər.

Görüşdə həm də etibarlı təhlükəsizlik təminatlarını təmin etmək üçün Avropanın Ukraynaya verə biləcəyi müdafiə imkanları nəzərdən keçiriləcək. 

Xatirə SADİQ