“Putinin Fitsoya nə deməyindən asılı olmayaraq...” - Zelenski

Ukrayna prezidenti Volodimir Zelenski Slovakiya vasitəsilə Avropa İttifaqından Ukraynaya elektrik enerjisinin idxalı ilə bağlı təfərrüatları baş nazir Denis Şmıqal və energetika naziri German Qaluşenko ilə müzakirə edib.

Dec 29, 2024 - 14:02
“Putinin Fitsoya nə deməyindən asılı olmayaraq...” - Zelenski

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Zelenski axşam videomüraciətində deyib.

Onun sözlərinə görə, Slovakiya vasitəsilə Avropa İttifaqından Ukraynaya elektrik enerjisinin idxalı ümumi həcmçin təxminən 19%-ni təşkil edir. 
 
“Mən məmurlarımıza Avropa Komissiyası, Avropadakı bütün tərəfdaşlarımızla birlikdə vahid Avropa enerji sisteminin sabitliyini və Avropanın enerji qaydalarını qorumaq üçün hər şeyi etməyi tapşırdım. Kremldə olarkən Putinin Fitsoya nə deməyindən asılı olmayaraq, Avropa qaydaları bu və ya digər personajın Moskva ilə əlaqələrindən güclü olmalıdır”, - deyə Zelenski vurğulayıb.

Xatırladaq ki, Slovakiyanın baş naziri Robert Fitso 2024-cü ildən sonra Rusiya qazının tranzitini davam etdirməkdən imtinasına görə Ukrayna hakimiyyətini, xüsusilə də Zelenskini tənqid edib və cavab tədbirləri görəcəyi ilə hədələyib. Belə cavab tədbirləri arasında o, xüsusilə Ukraynaya elektrik enerjisinin tədarükünün dayandırılmasının mümkünlüyünü qeyd edib. 

Zelenski bunu “Putin Fitsoya Slovakiya xalqının maraqları bahasına Ukraynaya qarşı ikinci enerji cəbhəsi açmağı tapşırması” və “Rusiyanın cinayətkar təcavüzünü dəstəkləmək tamamilə mənəviyyatsızlıqdır” kimi dəyərləndirdi. O, bildirdi ki, Fisonun uzaqgörməyən siyasəti Slovakiya xalqını artıq Rusiya qaz tranzitinin itkisinə görə kompensasiyasız qoyub, üstəlik Slovakiya xalqını Ukraynanın idxal etdiyi elektrik enerjisi üçün hər il ödədiyi, ən azı, 200 milyon dollardan məhrum edə bilər.

Zelenskinin sözlərinə görə, hazırda Ukrayna hökuməti elektrik enerjisinin tələb olunan həcmini saxlamaq üçün Avropa İttifaqındakı (Aİ) qonşu ölkələrlə işləyir. “Slovakiya vahid Avropa enerji bazarının bir hissəsidir və Fitso ümumavropa qaydalarına hörmət etməlidir. Bu, Slovakiyanın hazırkı hökumətində Avropa ictimaiyyəti ilə fasiləyə gətirib çıxarır”, - deyə Zelenski diqqətə çatdırdı.

Xatirə SADİQ