Bu ölkədə Rusiya ilə sərhəd-keçid məntəqələri tamamilə bağlandı
Finlandiyanın sərhəd xidməti Lieksa bölgəsindəki “İnari” və “Parikkala” müvəqqəti sərhəd-keçid məntəqələrini tamamilə bağlayıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Yle” ictimai yayımı məlumat yayıb.
Məlumatda deyilir ki, müvəqqəti sərhəd-keçid məntəqələrindəki işarələr artıq yığışdırılıb.
Şimali Kareliya Sərhəd Xidmətinin komandir müavini Samuli Murtonenin bildirib ki, qərar heç bir şəkildə mövcud vəziyyəti dəyişdirmir və yerli sakinlərə təsir etməyəcək. Bu, “İnari” keçid-məntəqəsinin bağlanması haqqında yekun qərardır”.
Məlum olub ki, bu qərar oktyabr ayında Finlandiya və Rusiya sərhəd xidmətlərinin rəhbərləri tərəfindən yekdilliklə qəbul edilib. İndi Finlandiya “Parikkala” və “İnari” sərhəd-keçid məntəqələrini ləğv etmək üçün sərhəd-keçid məntəqələri ilə bağlı hökumət qaydalarına dəyişiklik etməli olacaq.
Qeyd edək ki, “İnari” vasitəsilə hərəkət 1 noyabr 2021-ci ildən, “Parikkala” vasitəsilə isə 19 aprel 2022-ci ildən etibarən bağlanıb. Bu cür qərarlar daha sonra Rusiya ağacının ixracına qoyulan məhdudiyyətlər səbəbindən qəbul edilib.
Müvəqqəti keçid məntəqələrinin gələcəkdə açılması istisna edilmir, çünki bu məsələ Finlandiya və Rusiya arasında sərhəd-keçid məntəqələri haqqında sazişlə tənzimlənir.
Xatırladaq ki, Finlandiya hökuməti aprel ayında hibrid miqrasiya böhranına qarşı çıxmaq üçün Rusiya ilə sərhədini qeyri-müəyyən müddətə bağlamaq qərarı aldı.
Bundan sonra Finlandiyanın Vaalimaa bölgəsində Rusiya ilə şərq sərhədində hasarın artıq qismən tikildiyi bildirilmişdi.
Xatirə SADİQ