Rusiya yenidən qaz nəqliyyat infrastrukturuna hücum etdi
Avqustun 20-dən 21-nə keçən gecə Rusiyanın hava hücumu zamanı Ukraynanın qaz nəqli sisteminin obyektlərindən biri vurulub.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Ukraynanın Energetika Nazirliyi məlumat yayıb.
Nazirlikdən bildirilib ki, şəxsi heyətin tədbirləri nəticəsində dəymiş ziyanın yeri lokallaşdırılıb və hazırda onun qiymətləndirilməsi davam edir.
Xatırladaq ki, avqustun 6-na keçən gecə ruslar Odessa vilayətində Ukraynanın GTS Operatorunun kompressor stansiyasına məqsədyönlü hücum həyata keçirib. Obyekt Trans-Balkan qaz kəməri vasitəsilə Yunanıstanın LNG terminallarını Ukrayna qaz anbarları ilə birləşdirən marşrutun bir hissəsi kimi istifadə edilib. Bu kəmər vasitəsilə ABŞ-dən LNG və Azərbaycan qazının sınaq həcmləri tədarük edilib.
Avqustun 19-na keçən gecə Rusiya işğalçı qüvvələri Ukraynanın qaz nəqli sisteminin istehsalat obyektlərindən birinə hücum edib.
Xatirə SADİQ