“Şimal axını”nı partlatmaqda şübhəli bilinən ukraynalı həbs olundu
İtaliya polisi 2022-ci ilin sentyabrında “Şimal axını 1” və “Şimal axını 2” boru kəmərlərinin partladılmasında əli olduğu güman edilən Sergey K. çərşənbə günü axşam Rimini rayonunda Avropa orderinə əsasən həbs edilib.
SAVASHMEDİA.az “ Spiegel” nəşrinə istinadən xəbər verir ki, bu barədə Almaniya Baş Prokurorluğu bildirib.
Nəşrin yazdığına görə, alman müstəntiqləri əməliyyatın saxta sənədlərdən istifadə edərək yaxta icarəyə götürən təxminən altı nəfərdən ibarət qrup tərəfindən həyata keçirildiyini güman edirlər.
İddialara görə, boru kəmərlərinə hücumlar 2022-ci ilin sentyabrında Ukrayna xüsusi təyinatlıları tərəfindən həyata keçirilib. Partlayıcı maddələrin dənizin dibinə yerləşdirilməsi üçün dalğıclar xüsusi kirayələnmiş yelkənli yaxta vasitəsilə boru kəməri ərazisinə gətirilib.
Sergey K. “Andromeda” adlı gəminin göyərtəsində olub. Federal prokurorluğun müstəntiqləri düşünürlər ki, o, dalğıclardan biri deyil, yəqin ki, koordinasiya rolunu oynayıb. Hüquq-mühafizə orqanlarındakı mənbələr Sergey K.-nin Almaniyaya nə vaxt təxliyə ediləcəyinin hələlik məlum olmadığını bildirir.
Qeyd edək ki, 2024-cü ilin iyununda federal prokuror Yens Rommel şübhəli bilinən dalğıclardan birinin – dalğız üzrə ukraynalı təlimçi Vladimir Juravlev üçün ilk həbs qərarı verib. Lakin şübhəli şəxs həbs olunmazdan əvvəl Polşadakı evini tərk edib və Ukrayna ilə sərhədi diplomatik nömrəli avtomobillə keçib. Polşa hakimiyyətinin əvvəlcədən bununla bağlı Ukrayna hakimiyyətinə xəbərdarlıq etdiyi iddia olunur.
Maraqlıdır ki, ABŞ prezidenti Donald Tramp dəfələrlə etiraf edib ki, bu qaz kəmərinin məhv olunması onun göstərişi ilə həyata keçirilib.
Xatırladaq ki, 2022-ci il sentyabrın 26-da “Şimal axını 1” və “Şimal axını 2” qaz kəmərlərinin dörd xəttindən üçü təxminən 80 m dərinlikdə partladılıb
Xatirə SADİQ