Türkiyənin məşhur serialının çəkiliş meydançasında YANĞIN - Ölən var

Türkiyənin reytinq rekordları qıran serialı “Şakir Paşa ailesi: Mucizeler ve Skandallar “ın çəkildiyi tarixi Şakir paşa Sarayında yanğın baş verib. 

Apr 16, 2025 - 15:17
Apr 16, 2025 - 15:22
Türkiyənin məşhur serialının çəkiliş meydançasında YANĞIN - Ölən var

SAVASHMEDİA.az  bildirir ki, yanğın heyətin çəkiliş üçün hazırlaşdığı vaxtda baş verib.

Yanğını söndürməyə çalışan “Taki” ləqəbli layihə rəhbəri tüstüdən zəhərlənib və hadisə yerində infarkt keçirib. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Hadisədən sonra çəkilişlər dayandırılıb, aktyor və aktrisalar evlərinə yola salınıblar.

Xatırladaq ki, bu artıq film heyətinin başına gələn ikinci belə faciədir. Bundan əvvəl, 26 dekabr 2024-cü ildə serialın çəkiliş meydançasında yanğın baş vermiş, filmin çəkilişləri uzun müddət dayandırılmışdı.

Qeyd edək ki, Azərbaycanda da sevilərək izlənilən serial həftənin bazar günləri NOW TV-də yayımlanır.

Banu