Mete Yarar İlham Əliyevə təşəkkür etdi - “Aslan kimi sözünüzün arxasında durdunuz”

Türk Dövlətləri Təşkilatının (TDT) 4 üzvü olan Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanın Avropa İttifaqı (Aİ) ilə müqaviləsindəki Kipr qalmaqalı qardaş Azərbaycanda və Türkiyədə hiddətlə qarşılanıb.

Apr 16, 2025 - 15:16
Mete Yarar İlham Əliyevə təşəkkür etdi - “Aslan kimi sözünüzün arxasında durdunuz”

SAVASHMEDİA.az xəbər verir ki, “Haber Qlobal” telekanalınındakı proqrama qatılan təhlükəsizlik siyasəti üzrə ekspert Mete Yarar bu məsələdə göstərdikləri qətiyyətə görə Azərbaycan xalqına və Prezident İlham Əliyevə təşəkkürünü bildirib. 

Mete Yarar diqqətə çatdırıb ki, Azərbaycan mərdanə şəkildə Şimali Kipr Türk Respublikası məsələsində sözünün arxasında dayanır.

“Paranın hər şey olmadığını sübut etdikləri üçün Azərbaycan xalqına və Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm. Azərbaycan Türkmənistandan daha zəngindirmi? Çox zəngindirmi? Heç problemi yoxdurmu? Avropa ilə qapışmırmı? Avropa ilə problemlərini çözəməzdimi? Fransa ilə qapışmırmı? İndiyədək Qarabağ problemi, savaş hələ davam etmirmi? Atəşkəs imzalandı, sülh sazişi imzalandımı? İndiyədək bir sürü nifaq salmırlarmı? İran üzərindən, başqa ölkələrin üzərindən təhdid etmirlərmi? İndiyədək kəşfiyyat əməliyyatlarına məruz qalmırmı? Amma nə olur? Aslan kimi sözünün arxasında durur”, - deyə Mete Yarar diqqətə çatdırıb.

Ekspert qeyd edib ki, 4 türk dövlətinin pula görə bu addımı atması qardaşa yaraşan davranış deyil: “Aİ 11 milyard dolların heç də hamısını bu 4 dövlətə verməyəcək. Beşə böldün, adambaşı 3,2 milyard. On ii ərzində, ildə 200 milyon dollar edir. Mən həmişə bu sözü söylərəm: “Bu qədərmi ucuz”? Dəydimi, qardaş? Bax, qardaş sözünü deyirəm. Biz “Turan iqtisadi bölgəsi” dedik, “bərabər böyüyəcəyik” dedik. Yeni dünyada oluşacaq olan bu dünya savaşına gedərkən bir-birimizin çiyinlərinə söykənəcəyik dedik, qardaş. Nə olur? Ayıbdır!”.

Mete Yarar dördlüyün Türkiyəyə vurduğu zərbəyə diqqəti cəlb edib: “Sən tanıdığın (yunan Kiprini – red.) zaman məni (Türkiyəni – red.) işğalçı edirsən, qardaş. Burada təkcə yunan kəsimini tanımaq yox ki! Məni işğalçı edirsən, məni! Harada edirsən? TDT-də. Qardaş dediyimiz, ortaq əlifbaya, ortaq dilə keçdiyin, ortaq iqtisadiyyatlı bölgə qurduğun ölkənin əsgərinə işğalçı deyirsən, qardaşım. Ayıb deyilmi? Qardaşlara yaraşırmı? Burax diplomatiyanı-filanı, burax ikitərəfli münasibətləri, burax paranı-pulu. Yaraşırmı? Biz hansı mövzuda sizi yarı yolda buraxdıq? Hansı mövzuda arxanızda durmadıq? Hansı mövzuda probleminizi çözmək üçün məşğul olmadıq?”, - deyə ekspert 4 dövləti qınayıb. 

Mete Yarar xatırladıb ki, məhz heç kimi çətin vəziyyətə salmamaq üçün Türkiyə indiyədək TDT-də Şimali Kiprin tanınması məsələsini qaldırmayıb: “TDT-nin illərcə Şimali Kipri tanımamalarına niyə bir söz demədik? “Çətinliyə düşməyin” dedik. Amma tanıdığında sən məni çətinliyə saldın, arkadaş. Doğrumu? Türkiyə bu mövzuda məcburedici olmadı. Bilirsiniz, problemləriniz var. Bu problemlərlə məşğul olmayın deyə, məşburedici olmadı. Amma nə oldu? Sən indi nə etdin? Gəldin bunu etdin. Yaraşdımı?” 

TDT-də Ağsaqqallar Şurasının olduğunu xatırladan ekspert bu qurumu bəyanat verməyə çağırıb: “Siz niyə açıqlama vermirsiniz? Mən sizdən gözləyərdim açıqlamanı. Sizin əsl vəzifəniz bu idi. Bununla bağlı iki kəlmə deməyinizi gözləyərdim. Problem budur! Biz daha böyüyəcəyimiz, “Qızıl Alma”ya bərabər gedəcəyimizi dediyimiz, türk yüz ili dediyimiz, bərabər yol alacağımız dediyimiz bir yerdə dəydimi bu paraya?”.

Keçmiş kontr-admiral, Dr. Cihat Yaycı isə Azərbaycan Prezidenti İlham Əliyevin Antalya Diplomatiya Forumundakı bəyanatın misilsiz açıqlama adlandırıb. 

“Baxın çox konkret söyləyirəm. Nə varsa can Azərbaycanda var. Hörmətli İlham Əliyev nə dedi bilirsinizmi? Antalya Diplomatiya Forumunda dedi ki, Şimali Kipr Türk Respublikasının hər zaman arxasındayıq. Onlar bizim qardaşımızdır, tanınmaları gərəkir. Tanınmaları da hüquqi cəhətdən haqlarıdır. İndi mən soruşuram. Hörmətli xarici işlər nazirinin dərhal çıxıb söyləməsi lazım idi: “Biz də Şimali Kipr Türk Respublikasının tanınmasını istəyirik. Azərbaycandan da tanınmasını xahiş edirik”. Bunu desinlər. Onlar tanıyar, ya tanımaz, bu, ayrı məsələ. Amma bunu desinlər”. 

Çihat Yayçı yunan Kiprinin xarici işlər nazirinin Suriya lideri Əhməd Əş-Şəraa tərəfindən Kipr Respublikasının nümayəndəsi kimi yüksək səviyyədə qəbul edilməsini də tənqid edib. 

“Şaraa dedi ki, Kiprin tək təmsilçisi bizə görə yunan yönətimidir. Bəs “Şaraanın üzərində Türkiyənin çox ciddi təsiri var” deyirik. O zaman türk xarici siyasətinin birinci öncəliyi budur: o səfərin qarşısını almalıydın. O səfərin qarşısını ala bilmirsənsə, o zaman Şimali Kipr Türk Respublikasının xarici işlər naziri hörmətli Tahsin Ərtuğruloğlunun da Suriyaya səfərini təmin etməlisən”. 

Xatırladaq ki, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstan Aİ ilə imzaladıqları və 12 milyard avro həcmində investisiya vədi aldıqları saziş çərçivəsində Şimali Kipr Türk Respublikasını tanımayacaqlarını bəyan ediblər.

Xatirə SADİQ