Rusiya “Boeing” təyyarələri istəyir - “Bloomberg”

Rusiya dondurulmuş aktivlər hesabına ABŞ-dən ona “Boeing” təyyarələrini satmağı xahiş edir.

Apr 16, 2025 - 15:32
Rusiya “Boeing” təyyarələri istəyir - “Bloomberg”

SAVASHMEDİA.az bu barədə “Bloomberg” agentliyinə istinadən xəbər verir.

Agentlik qeyd edir ki, təyyarələrin alınmasına imkan verəcək sövdələşmə hərbi əməliyyatların dayandırılması təəqdirində sanksiyaların yumşaldılmasının bir hissəsi ola bilər.

“ABŞ atəşkəs əldə olunmayana qədər heç bir iqtisadi öhdəliyi müzakirə etməyəcək”, - deyə Milli Təhlükəsizlik Şurasının sözçüsü Brayan Hyuz Rusiyanın “Boeing” təyyarələri almağa cəhd edib-etməməsi ilə bağlı sualı şərh edərkən bildirib.

Agentlik xatırladıb ki, hazırda Rusiyanın ABŞ-dəki dondurulmuş aktivlərində 5 milyard dollar saxlanılır. Ümumilikdə ABŞ və müttəfiqləri Rusiya Mərkəzi Bankının ehtiyatlarının təxminən 280 milyard dollarını dondurub.

Ukraynaya genişmiqyaslı müdaxilənin başlamasından sonra Rusiyaya qarşı tətbiq edilən sanksiyalara görə, “Aeroflot” və digər Rusiya aviaşirkətlərinə “Boeing” və “Airbus SE” təyyarələri, eləcə də ehtiyat hissələri qadağan edilib. Rusiya təyyarələrini sökməyə və hissələri əldə etmək üçün başqa yollar axtarmağa məcbur olub.

Xatirə SADİQ