Haaqada NATO sammiti başlayır
Bu gün Niderlandın Haaqa şəhərində NATO-nun sammiti öz işinə başlayacaq.
SAVASHMEDİA.az xəbər verir ki, sammitin proqramı alyansın saytında yerləşdirilib.
Məlumata görə, sammiti NATO-nun baş katibi Mark Rutte açacaq. Saat 13:30-da Rutte Avropa İttifaqı (Aİ) və Ukrayna nümayəndələri ilə görüşəcək.
Dövlət və hökumət başçılarının gəlişi saat 18:00-da (Niderland vaxtilə) elan ediləcək. Eyni zamanda xarici işlər nazirlərinin sessiyası çərçivəsində NATO-Ukrayna Şurasının işçi naharı keçiriləcək. Sonuncu tədbirdə KİV nümayəndələrinin iştirakına icazə verilməyəcək.
NATO ölkələrinin dövlət və hökumət başçıları səviyyəsində iclası sabah saat 09:30-da baş tutacaq. Rutte saat 13:30-da ABŞ prezidenti Donald Tramp və Hind-Sakit okeanı regionundan olan tərəfdaşları ilə ayrı görüş keçirəcək.
Bundan öncə Mark Rutte qeyd etmişdi ki, NATO ölkələri sammit zamanı Ukraynaya 35 milyard avrodan çox hərbi yardım verəcək. O, həmçinin iddia edib ki, Ukraynanın Alyansa üzvlüyünə dönməz yol tutması öhdəliyi dəyişməz olaraq qalacaq.
Xatırladaq ki, sammitdə liderlər Trampın daha əvvəl tələb etdiyi kimi müdafiə xərclərinin ÜDM-in 5%-ə çatdırılması üzərində köklənəcəklər.
Xatirə SADİQ