Ukrayna prezidenti Niderland parlamentində çıxış edəcək

Ukrayna prezidenti Volodimir Zelenski bu gün Niderlandın Nümayəndələr Palatasında çıxış edəcək. 

Jun 24, 2025 - 10:10
Ukrayna prezidenti Niderland parlamentində çıxış edəcək

SAVASHMEDİA.az bu barədə NOS portalına istinadən xəbər verir.

Məlumata görə, bu çıxış Nümayəndələr Palatası üzvlərinin əksəriyyətinin dəvəti ilə həyata keçiriləcək.

Qeyd edək ki, Zelenski üçüncü dəfədir ki, niderlandlı parlamentarilərə müraciət edəcək. 2022-ci ilin mart ayında – Rusiyanın genişmiqyaslı təcavüzünün ikinci ayında o, bunu video bağlantı vasitəsilə edə bilmişdi. Bir il sonra isə Ukrayna prezidenti şəxsən Niderland parlamentində çıxış etmişdi. 

Ukrayna prezidenti hazırda NATO-nun Haaqa sammitində iştirak etmək üçün Niderlandda səfərdədir. 

Ukrayna prezidenti yolüstü Londonda dayanaraq Britaniyanın baş naziri Kir Starmerlə görüşüb. Görüşün əsas mövzuları çoxtərəfli formatlar çərçivəsində diplomatik koordinasiyanın gücləndirilməsi, birgə müdafiə layihələrinin hazırlanması və Rusiya Federasiyasına qarşı sanksiyaların sərtləşdirilməsi olub.

Xatirə SADİQ