Azər Axşamın ölüm xəbəri yayıldı
Aparıcı, aktyor Azər Axşamın (Şabanov) ölüm xəbəri yayılıb.
SAVASHMEDİA.az xəbər verir ki, sənətçi sosial media hesabında paylaşım edərək belə xəbərlərin hansı məqsədlə və kimlər tərəfindən yayıldığını anlamadığını deyib.
Azər Axşam özü ilə bağlı bu cür xəbərlərin əvvəllər də yayıldığını bildirib:
“Bu xəbərləri yaymaqla nə qazandıqlarını bilmirəm. Hər halda Allah onlara hidayət etsin, onları islah etsin”.
Aktyor hazırda səhhətində hər hansı problem olmadığını da diqqətə çatdırıb.
Посмотреть эту публикацию в Instagram