“Patron” tumundan qoyun qığı, siqaret çıxmışdı, AQTA ört-basdır elədi" - ŞİKAYƏT
İstehlakçılar "Vəkiloğlu” MMC-yə məxsus “Patron” tumlarından şikayətçidir.
SAVASHMEDİA.az xəbər verir ki, istehlakçı Cəfər Kazımov həvəslə aldığı “Patron” tumunun içindən siqaret kötüyü çıxdığını bildirib.
“Patron tumunu aldım, içindən siqaret kötüyü çıxdı. Ümumiyyətlə, “Patron” tumlarından siqaret iyi gəldiyini dəfələrlə hiss etmişdim. Ancaq bu dəfə tumun içindən siqaret kötüyün çıxması məni lap əsəbiləşdirdi. Belə çıxır ki, “Patron” şirkəti müştəri məmuniyyətini nəzərə almır, çünki bu hal dəfələrlə yaşanıb” - Cəfər Kazımov qeyd edib.
Nicat Şahmuradov adlı istehlakçı isə aldığı “Patron” tumunun içindən siçan nəcisinin çıxdığını qeyd edib:
“Üç paket “Patron” tumu aldım, üçündən də siçan nəcisi çıxdı. Bərbad şirkətdir, tumları da köhnədir”.
Digər bir alıcı isə sözügedən tüm paketindən qoyun qığı çıxdığını bildirib:
“Mən aldığım “Patron” tumu paketlərindən qoyun qığı çıxmışdı. Şikayət etdim, Qida Təhlükəsizliyi Agentliyi məsələni özü elə ört-basdır etdi ki, heç ruhum da duymadı”.
Banu