“ABŞ və Qətər vasitəçilik edib” - “Axios”
İsrail və İran arasında atəşkəs razılaşması ABŞ və Qətərin vasitəçiliyi ilə əldə olunub.
SAVASHMEDİA.az xəbər verir ki, bunu “Axios” iddia edib.
Nəşrin yazdığına görə, ABŞ-nin Qətərdəki aviabazasına dünənki hücumdan sonra İran növbəti hücumlar etməyəcəyi ilə bağlı Vaşinqtona xəbər göndərib.
Ağ Ev isə İranın hücumuna cavab verməyəcəyini və danışıqları davam etdirməyə hazır olduğunu bildirib.
Bundan sonra ABŞ və İsrail, eləcə də Qətər və İran arasında atəşkəsin şərtləri və onun nə vaxt başlayacağı ilə bağlı danışıqlar davam etdirilib.
Xatirə SADİQ