Çadda prezident iqamətgahına tanklarla hücum - Küçə döyüşləri başladı
Çadın paytaxtı Ndjamenada prezident iqamətgahına silahlı basqın reallaşıb.
SAVASHMEDİA.az-ın məlumatına görə, hücumda bir neçə hərbi maşın karvanı iştirak edib.
Paytaxt küçələrinə tanklar yeridilib və tərəflər arasında küçə döyüşləri başlayıb.
Çad rəsmiləri insidentlə bağlı açıqlama verməyib. Bəzi mənbələr isə iddia edib ki, prezident sarayına hücum edənlər “Boko Haram” terror təşkilatının silahlılarıdır.
Silahlı insident zamanı Çadın Prezidenti Mahamat İdriss Debi İtno iqamətgahda olub. Ordu rəsmiləri qeyd edib ki, terrorçuların hücumu dəf edilib.
Oğuz