Keçmiş prezidentin nəvəsi maşın oğurluğuna görə saxlanıldı - FOTO
Cənubi Afrika Respublikasının keçmiş prezidenti Nelson Mandelanın nəvəsi avtomobil oğurluğunda şübhəli bilinərək polis tərəfindən saxlanılıb.
Musavat.com xarici mediaya istinadən xəbər verir ki, polis hadisə ilə bağlı beş nəfəri saxlayıb.
“Beş şübhəli, o cümlədən Mandelanın nəvəsi avtomobil oğurluğu ilə əlaqədar həbs edilib”, - məlumatda bildirilir.
Hesabatda qeyd olunur ki, oğurlanan avtomobil Yohannesburq şəhərində, Mandelanın keçmiş evində aşkar edilib. Həmçinin, saxlanılan dörd kişi və bir qadın dövlət qeydiyyatından keçməmiş odlu silah saxlamaqda ittiham olunur.