Qəzada ölən Amalın keçmişi ilə bağlı elə sənədlər yayıldı ki... - Arzum9999 işində ŞOK + FOTOLAR

Tiktoker İlduzə Hacıyevanın (Arzum999) həbsindən sonra qəzada həyatını itirən Amal Məlikov barədə yeni məlumatlar gündəmə gəlib.

Jul 4, 2026 - 13:01
Jul 4, 2026 - 13:42
Qəzada ölən Amalın keçmişi ilə bağlı elə sənədlər yayıldı ki... - Arzum9999 işində ŞOK + FOTOLAR

SAVASHMEDİA.az xəbər verir ki, ABŞ-də yaşayan azərbaycanlı jurnalist Qənirə Ataşova sosial şəbəkə hesabında Amal Məlikovun əvvəllər məhkum olunmasına dair sənədlər paylaşıb.

Yayılan sənədlərə görə, Amal Məlikov 2021-ci ildə xuliqanlıq ittihamı ilə təqsirli bilinərək məhkum edilib. Bundan başqa, 2022-ci ildə onun üzərindən 2,262 qram heroin aşkar edildiyi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 il 6 ay azadlıqdan məhrum edildiyi və narkomaniyadan məcburi müalicəyə cəlb olunduğu bildirilir.

Xatırladaq ki, ötən ilin iyununda Mərdəkan qəsəbəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı İlduzə Hacıyevanın idarə etdiyi "Changan" markalı avtomobillə "Mercedes" markalı avtomobil toqquşub. Nəticədə "Mercedes"in sürücüsü, 29 yaşlı Amal Məlikov hadisə yerində ölüb, həyat yoldaşı Sənubər Muradova isə ağır xəsarətlər alıb.

Məhkəmənin hökmü ilə İlduzə Hacıyeva 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilib və hökm elan olunduqdan sonra məhkəmə zalında həbs edilərək cəzasını çəkmək üçün cəzaçəkmə müəssisəsinə göndərilib.

Qənirə Ataşovanın paylaşdığı sənədlər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Aytən