"300 manat maaşımı istədim, müdir məni döydü" - Bakıda ŞOK + VİDEO
Maaşını ala bilmədiyi üçün etiraz edən işçi müdir tərəfindən döyüldüyünü bildirib.
SAVASHMEDİA.az xəbər verir ki, Tovuz sakini Leyla Rəhimova Yasamaldakı "Laləli" uşaq bağçasından ala bilmədiyi 300 manat maaşını tələb etdikdən sonra müdirin ona zor tətbiq etdiyini iddia edib.
Leyla Rəhimova bildirir ki, həm 300 manat əməkhaqqı ödənilməyib, həm də autizmli azyaşlı övladı bağçadan çıxarılıb.
Məsələ ilə bağlı “Laləli” uşaq bağçasının müdiri Lalə Əzimova isə bildirib ki, işçiyə əl qaldırmayıb, aralarında sadəcə mübahisə olub.
Leyla Rəhimova baş verən hadisədən sonra polisə müraciət edib və məsələnin hüquqi müstəvidə həll olunmasını gözləyir.
Daha ətraflı “Xəzər TV”nin videomaterialında: