“Anar007" saxlanılaraq Azərbaycana gətirildi - DETALLAR

DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi Gürcüstaanda yerli hüquq-mühafizə orqanları ilə birgə əməliyyat keçirib.

Aug 19, 2026 - 16:19
“Anar007" saxlanılaraq Azərbaycana gətirildi - DETALLAR

Əməliyyat zamanı “chc.play” platforması ilə bağlı “Martin” kazino və digər adlarla qanunsuz qumar oyunları təşkil edən dəstənin rəhbəri Anar Əliyev (“Anar007”) saxlanılaraq Azərbaycana gətirilib.

İstintaq müəyyən edib ki, Əliyev dəstə yaradaraq Azərbaycan vətəndaşlarını Gürcüstanda kirayələnən evlərə yerləşdirib və onlayn kazino fəaliyyətinə cəlb edib. Dəstənin 6 digər üzvü də saxlanılıb.

Onların qumardan əldə olunan pulları nağdlaşdıraraq kriptovalyuta vasitəsilə Əliyevin hesablarına köçürdükləri, vəsaitin bir hissəsinin isə əmlak alınmasına yönəldildiyi müəyyənləşdirilib.

A.Əliyev və Ş.Əliyev barəsində həbs qətimkan tədbiri seçilib. Digər şəxslərlə bağlı istintaq davam edir.