Şəhid qardaşı bunları yazıb canına qıydı - Məktubun MƏTNİ

Şəhid Aslanov Babək Sakit oğlunun birinci kurs tələbəsi olan qardaşı Saməddin vəfat edib. 

Jan 9, 2025 - 10:22
Jan 9, 2025 - 10:58
Şəhid qardaşı bunları yazıb canına qıydı - Məktubun MƏTNİ

Yanvarın 7-də Bakı Metropoliteninin “Ulduz” stansiyasında özünü qatarın altına atan gənc vəfat edib.

Tovuz rayon sakini 2007-ci il təvəllüdlü Aslanov Saməddin Sakit oğlu açıq kəllə-beyin travması ilə daxil olduğu Sabunçu Tibb Mərkəzində ötən gecə dünyasını dəyişib.

SAVASHMEDİA.az xəbər verir ki, intihar edən gənc 1-ci kurs tələbəsidir.

Şəhid Vüsal Vəliyevin qardaşı Elyar Vəliyev bildirib ki, Saməddin Vətən müharibəsi şəhidi Babək Aslanovun qardaşıdır. O, intihar etməzdən əvvəl sosial şəbəkədə bunun anonsunu verib və ağır psixoloji vəziyyətdə olduğunu, intiharına görə heç kimin günahkar olmadığını bildirib.

O ölümündən əvvəl sosial şəbəkə hesabında paylaşım edərək ətrafındakılardan halallıq istəyib və həyatına son verəcəyini bildirib.

Qeyd edək ki, Babək Aslanov 2020-ci il oktyabrın 3-də Füzuli döyüşləri zamanı şəhid olub.