Elçibəyə əsər həsr edən yazıçı vəfat etdi - Ərdoğandan başsağlığı

Məşhur türk şair, yazıçı, jurnalist və vəkil Yavuz Bülent Bakiler vəfat edib.

Sep 28, 2025 - 21:54
Elçibəyə əsər həsr edən yazıçı vəfat etdi - Ərdoğandan başsağlığı

SAVASHMEDİA.az xəbər verir ki,  bu barədə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi məlumat yayıb.

Şairin ölüm səbəbi açıqlanmayıb. Y.B. Bakilerin vəfatı Türkiyənin siyasət və incəsənət cameəsini yasa boğub. 
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan şairin ölümü ilə bağlı başsağlığı verib:

"Ədəbiyyatımıza saysız-hesabsız gözəl şeirlər, xatirələr, səyahətnamələr, tərcümeyi-hal, məktub şəklində yazdığı bənzərsiz əsərlər bəxş edən, “Prezident Mədəniyyət və İncəsənət Böyük Mükafatı” sahibi Yavuz Bülent Bakilerin vəfatından dərin kədər duyuram. Mərhum Bakilere allahdan rəhmət diləyir, ailəsinə, dostlarına, yaxınlarına və ədəbiyyat cameəmizə başsağlığı verirəm. Allah məkanını cənnət etsin”.

Qeyd edək ki, Y.B.Bakiler əslən Azərbaycanın Qarabağ mahalından olub. Ailəsi sonralar Türkiyənin Sivas şəhərinə köçüb.

Milliyyətçi şairin yaradıcılığında Azərbaycan mövzusu xüsusi yer tutub.

Bakilerin poeziyasında və nəsrində sovet dövrü Azərbaycanındakı sosial-mədəni problemlər, ziyalıların məruz qaldığı təzyiqlər və  Türkiyə-Azərbaycan münasibətlərindən bəhs edilib. Onun bu mövzuda yazdığı şeir və yazıları “Azərbaycan ürəyimdə bir şah damarıdır”, “Elçibəy” (Əbülfəz Elçibəyə həsr olunub), “Harman” adlı kitablarında toplanıb.

Banu

Fotolarda Yavuz Bülent Bakiler