Eks-prezident həbs edildi – Albaniyada
Albaniyanın keçmiş prezidenti İlir Meta “çirkli pulların yuyulması” ittihamı ilə həbs edilib.
SAVASHMEDİA.az “Express” nəşrinə istinadən xəbər verir ki, bu barədə solyönümlü Alban Azadlıq Partiyası məlumat yayıb.
Korrupsiya və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə üzrə Xüsusi Prokurorluğun (SPAK) tələbi və Xüsusi Məhkəmənin orderi əsasında həbs Tirananın girişində həyata keçirilib. Meta avtomobilin sükanı arxasında olarkən həbs edilib.
İlir Meta bir neçə aydır istitaq altında idi. O, Amerika Birləşmiş Ştatlarında lobbiçilik müqaviləsi ilə bağlı ittihamlarda və çirkli pulların yuyulmasında şübhəli bilinirdi. Ona qarşı şübhələr arasında ailə üzvlərinin qanunsuz xərclər, o cümlədən xaricdə kosmetik prosedurlar aparması ilə bağlı iddialar da var.
Meta 2017 – 2022-ci illərdə Albaniya dövlətində əsas vəzifələrdə, o cümlədən baş nazir, xarici işlər naziri, parlamentin sədri və prezident postlarını tutub.
Albaniya Azadlıq Partiyasının baş katibi Tedi Bluşi Metanın həbsini “cinayətkar oğurluq” adlandırıb.
Qeyd edək ki, Metanın SPAK-la münasibətləri gərgindir. Əvvəllər o, SPAK rəhbəri Altın Dumanla açıq şəkildə qarşıdurması olub. Meta bu strukturu siyasi manipulyasiyada və hazırkı baş nazir Edi Ramanın göstərişlərini yerinə yetirməkdə ittiham edib.
Xatirə SADİQ