Estoniya Rusiya ilə su sərhədində siqnal üzgəcləri yerləşdirəcək

Estoniya polisi və sərhəd mühafizəsi departamenti (PRA) Rusiya ilə su sərhədində qanadlı buy (siqnal üzgəci) zəncirini quraşdırmağa hazırlaşır. 

Oct 21, 2024 - 17:33
Oct 21, 2024 - 17:34
Estoniya Rusiya ilə su sərhədində siqnal üzgəcləri yerləşdirəcək

SAVASHMEDİA.az “Moscow Times”a istinadən xəbər verir ki, bu barədə departamentin baş direktorunun müavini Veyko Kommusaar bildirib. 

Onun sözlərinə görə, bu, RRA-nın pilot layihə çərçivəsində sınaqdan keçirəcəyi iki variantdan biridir. “Sistem elə qurulub ki, kimsə bu su infrastrukturunu keçməyə cəhd etsə, onların qayığından və ya avtomobilindən çox az şey qalacaq”, - deyə  Kommusaar əlavə edib.

Bundan başqa, həmin siqnal üzgəclərinin üzərinə çıxmaq da mümkün deyil. “Onlar insanı gəldiyi yerə qaytarırlar” deyə baş direktorunun müavini izah edib.

Gələn il Estoniya Rusiya ilə sərhəddə müdafiə xəttinin tikintisinə başlayacaq. Bu çərçivə daxilində 600 bunker quraşdırılacaq.

İlkin hesablamalara görə, tikintiyə 60 milyon avro xərclənəcək. Bunkerlərlə yanaşı, müdafiə xəttinə tank maneələri və tikanlı məftilli hasar da daxil olacaq.

Qeyd edək ki, Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra Baltikyanı ölkələr müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırdılar. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun hesablamalarına görə, Litvanın, Estoniyanın və Latviyanın bu məqsədlər üçün xərcləri müvafiq olaraq 1,8 milyard avro, 1 milyard avro və 970 milyon avro təşkil edir.

Xatirə SADİQ