“Ukrayna - ABŞ arasında sazişdə əhəmiyyətli irəliləyiş var” - Yuliya Sviridenko
“İki ölkənin texniki qrupları müqavilə üzərində əsaslı şəkildə birlikdə çalışıblar, əhəmiyyətli irəliləyiş var".
SAVASHMEDİA.az xəbər verir ki, bunu Ukrayna baş nazirinin birinci müavini, iqtisadiyyat naziri Yuliya Sviridenko “Facebook”da bildirib.
“Biz indi Amerika tərəfi ilə razılaşdıq ki, bu müsbət halı müvafiq niyyət memorandumunda qeyd etsin. Yaxın vaxtda sazişin rəsmiləşdirilməsini başa çatdırmağa hazırlaşırıq. Komandalar hələ də müqavilənin konkret bəndləri üzərində işləyəcəklər. Artıq çoxu işlənib və sazişin səviyyəsi kifayət qədər yüksək olmalıdır”, - deyə baş nazirin müavini əlavə edib.
Xatirə SADİQ