İtaliya öz bankından tələb etdi - “Rusiyanı tərk edin!”
İtaliya hökuməti “UniCredit” bankından Rusiyanı mümkün qədər tez tərk etməyi xahiş edəcək.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
İcraçı direktor Andrea Orsel bildirib ki, aktivləri üçün ədalətli qiymət olmadan bankı çıxarmaqla səhmdarlara zərər vermək istəmirdi.
Eyni zamanda, “UniCredit” Rusiyadakı biznesinin ixtisarını sürətləndirməklə əlaqədar Avropa Mərkəzi Bankının çağırışları ilə üzləşib.
Məlumata görə, bu, bankın daha kiçik rəqibi olan “Banco BPM”i satın almasının bəyənilməsi üçün şərtlərdən biridir. “UniCredit” Ukraynanın işğalından sonra Rusiyadan çıxan bir neçə beynəlxalq bankdan biridir.
Xatirə SADİQ