Rusiya iki böyük neft idxalçısını itirdi – Səbəb ABŞ-dir

Çinin dövlət neft şirkətləri ABŞ-nin tətbiq etdiyi sanksiyalardan sonra Rusiya neftinin alışını dayandıracaq.

Oct 23, 2025 - 18:32
Rusiya iki böyük neft idxalçısını itirdi – Səbəb ABŞ-dir

SAVASHMEDİA.az bu barədə “Reuters” agentliyinə istinadən xəbər verir.

Agentliyin yazdığına görə, Rusiyanın dəniz neftinin ən böyük alıcısı Hindistan da sanksiyalara məruz qalmamaq üçün Moskvadan neft idxalını azaltmaq qərarına gəlib. Hindistanın qərarı Çinin də radikal addım atmasına səbəb olub.

İki böyük idxalçının aldığı qərar Moskvanın neft gəlirlərinə böyük zərbə vuracaq. Çin və Hindistan isə neft almaq üçün Yaxın Şərq, Afrika və Latın Amerikasında alternativ axtaracaqlar.

Agentliyin mənbələrinə görə, Çinin dövlət şirkətləri - “PetroChina”, “Sinopec”, “CNOOC” və “Zhenhua Oil”in Rusiya nefti ilə bağlı aldıqları qərar qısa müddətdə qüvvəyə minəcək.

Banu