Bayden Trampın 100 gününü tənqid etdi, cavabını aldı - Qarşılıqlı təhqirlər + VİDEO 

ABŞ-nin keşmiş prezidenti Co Bayden indiki administrasiyanın hakimiyyətə gəlişindən sonra ilk dəfə ictimaiyyət qarşısında çıxış edib.

Apr 16, 2025 - 17:50
Bayden Trampın 100 gününü tənqid etdi, cavabını aldı - Qarşılıqlı təhqirlər + VİDEO 

SAVASHMEDİA.az CNN-ə istinadən xəbər verir ki, bu, əlilliyi olan şəxslərin vəkilləri, müşavirləri və nümayəndələrinin konfransında baş verib. 

Sosial təminat mövzusunda danışan Bayden varisinin adını çəkmədən indiki Amerika administrasiyasını tənqid edib. 

“100 gündən az müddətdə bu yeni administrasiya o qədər çox ziyan və o qədər dağıntılar törədib ki... Bu, sadəcə nəfəs kəsir”, - deyə Bayden vurğulayıb.

Trampın sələfinə cavabı çox geçikməyib. 

“Amerika Birləşmiş Ştatlarının tarixinin ən pis prezidenti olan yuxulu Co Bayden əksəriyyəti qatil, narkotik alverçisi, dünyanın müxtəlif ölkələrindən həbsxanalardan və ruhi müəssisələrdən azad edilmiş şəxslər olan milyonlarla və milyonlarla cinayətkarın çox təhlükəli və zəif düşünülmüş açıq sərhəddən ölkəmizə soxulmasına icazə verib. Bağışlayın, lakin bu, mənim işimdir – bu qatilləri və quldurları buradan çıxarmaq. Məhz buna görə məni seçdilər”, - deyə ABŞ prezidenti “Truth Social”da yazıb.

Xatirə SADİQ