İsrail əməliyyatları dayandırmaq üçün şərtlərini Vaşinqtona təqdim etdi
İsrail keçən həftə Livandakı hərbi əməliyyatı dayandırmaq üçün şərtlərini əks etdirən sənədi ABŞ-yə təqdim edib, lakin tələblər BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinə ziddir.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Amerikanın “Axios” portalı ABŞ və İsrail rəsmilərinə istinadən məlumat yayıb.
Nəşr yazıb ki, şərtlərdən biri İsrailin Livanın “fəal məcburedilmə” prosesində iştirak etmək üçün icazə istəməsi ilə əlaqədardır. Sənəddə Hizbullahın yəhudi dövləti ilə sərhədə yaxın ərazilərdə hərbi infrastrukturu yenidən silahlandırmaması və ya yenidən qurmamasını təmin etmək zərurəti qeyd edilir.
Bundan başqa, İsrail tələb edir ki, onun Hərbi Hava Qüvvələri Livanın hava məkanında sərbəst hərəkət etməlidir.
Xatirə SADİQ