Tramp tərəddüd içindədir - “Göndərim ya yox…”

“Trampın göstərişinə əsasən, Vens və Uitkoff İranla görüşə bilər, yaxud ABŞ İranın nüvə obyektinə hücum edəcək”.

Jun 17, 2025 - 15:06
Tramp tərəddüd içindədir - “Göndərim ya yox…”

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “The New York Times” (NYT) qəzeti yazıb.

NYT qeyd edir ki, ABŞ prezidenti Fordoda dərin basdırılmış nüvə zənginləşdirmə obyektini məhv etməkdə İsrailə kömək etməklə döyüşə girib-girməməkdə tərəddüd edir və bu obyektə yalnız Amerika B-2 bombardmançılarının atdığı Amerika bombaları ilə çatmaq olar.

Tramp hansısa anda Yaxın Şərq üzrə elçisi Stiv Uitkoff və mümkündür ki, vitse-prezident Cey Di Vensə iranlılarla görüşməyi təklif etdi. Lakin Trampın Tehran sakinlərini İran paytaxtını tərk etməyə çağırması çətin ki, diplomatik irəliləyiş əlaməti ola bilər.

CBS News xəbər verir ki, Trampın özü Kanadadan ABŞ-yə dönərkən jurnalistlərlə söhbətində etiraf edib ki, Uitkoff və Vensi iranlılarla danışıqlara göndərmək məsələsində əmin deyil.

“Mən [onları göndərə bilərəm], amma bu, Vaşinqtona qayıdanda nə baş verdiyindən asılıdır”, - deyə Tramp vurğulayıb. 

Xatirə SADİQ