Tramp Rusiyanın Kiyevə hücumuna zəif reaksiya verdi
ABŞ prezidenti Rusiyanın Ukrayna şəhərlərinə, o cümlədən Kiyevə 17 iyun tarixli hücumuna münasibət bildirib.
SAVASHMEDİA.az xəbər verir ki, bu, Trampın G7 sammitindən Vaşinqtona qayıtması zamanı təyyarədə jurnalistlərlə söhbəti zamanı baş verib.
Tramp ondan Kiyevə hücumla bağlı sual verən jurnalistlərə belə cavab verib: “Yoxlamaq lazımdır”.
Ukrayna mediası Trampın yolverilməz münasibətinə istehza edib: “Görünür, ABŞ prezidenti işğalçıların yeni hücumu barədə Kanadadan ABŞ-yə uçarkən jurnalistlərdən xəbər tutub”.
Xatirə SADİQ