FİFA Paredesin qırmızı vərəqəsini ləğv etdi
FİFA Argentina millisinin yarımmüdafiəçisi Leandro Paredesə 2026-cı il Dünya Çempionatının finalı başa çatdıqdan sonra aldığı qırmızı vərəqəni ləğv edib.
SAVASHMEDİA.az xəbər verir ki, əvvəlcə matçın rəsmi protokolunda Leandro Paredesin final fitindən sonra baş verən insidentə görə qırmızı vərəqə aldığı qeyd olunmuşdu.
Lakin FİFA sonradan bu qeydi sistemdən silib. Beləliklə, futbolçuya göstərilən qırmızı vərəqə etibarsız sayılıb.
Bununla belə, FİFA finaldan sonra baş verən kütləvi insidentlə bağlı intizam araşdırmasını davam etdirir.
Araşdırmanın nəticəsindən asılı olaraq Paredes və digər iştirakçılar barəsində əlavə cəza tətbiq oluna bilər.
Aytən