Britaniya ukraynalı uşaqları zorla Rusiyaya aparanlara sanksiya tətbiq etdi
Böyük Britaniya ukraynalı uşaqların işğal olunmuş ərazilərdən Rusiyaya zorla aparılmasında iştirak edən “hərbi-vətənpərvərlər” təşkilatlarına və şəxslərə qarşı yeni sanksiyalar tətbiq edib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Britaniya hökumətinin mətbuat xidməti məlumat yayıb.
Kommunikedə qeyd olunub ki, ümumilikdə 19 500-dən çox azyaşlı Ukrayna vətəndaşı zorla Rusiyaya və ya işğal olunmuş ərazilərin dərinliklərinə aparılıb, onlardan 6 minə yaxını “yenidən tərbiyə” olunmaq üçün müəssisələrdən keçib.
“Heç bir uşaq heç vaxt müharibədə piyada kimi istifadə edilməməlidir, lakin prezident Putinin ukraynalı uşaqları hədəf alması onun məqsədini gerçəkləşdirməsi naminə Ukraynanı və xalqını xəritədən silməyə hazır olduğunu göstərir”, - deyə XİN rəhbəri Devid Lemmi bildirib
Xatirə SADİQ