Bu yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
Azərbaycanın rayonlarında yanvarın 9-u gündüzdən 10-u axşamadək hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi ərazilərdə qar yağacağı gözlənilir.
SAVASHMEDİA.az xəbər verir ki, ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi ehtimal olunur.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Gecə bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı gözlənilir.