ATACMS raketləri ilə Rusiya ərazisinə ilk hücum oldu - Ukrayna siftəni etdi

Noyabrın 19-na keçən gecə Ukrayna ordusu Amerikanın uzaqmənzilli ATACMS raketləri ilə Rusiya ərazisinə ilk hücumunu həyata keçirib.

Nov 19, 2024 - 16:27
Nov 19, 2024 - 16:30
ATACMS raketləri ilə Rusiya ərazisinə ilk hücum oldu - Ukrayna siftəni etdi

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə ordudakı mənbəyə istinadən “Forbes Ukraine” məlumat yayıb.

Rəsmi olaraq, Ukrayna hökumətinin və ya hərbi rəhbərliyinin nümayəndələrindən heç biri bu məlumatı şərh etməyib. 

Amma səhər saatlarında Baş Qərargah təsdiqləyib ki, ordu noyabrın 19-na keçən gecə Bryansk vilayətinin Karaçev şəhəri ərazisindəki Rusiya qoşunlarının maddi-texniki təchizatı arsenalına zərbələr endirib. Amma bu zərbələrin hansı silah növü ilə həyata keçirildiyinə aydınlıq gətirilməyib.

Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzindən bilıdirlib ki  həmin anbarda artilleriya sursatları, o cümlədən onların sistemləri üçün Şimali Koreya sursatları, zenith raketləri və sair olub. 

Gecə saat 2.30-a olan məlumata görə, ərazidə hədəf üzrə 12 təkrar partlayış və partlama qeydə alınıb.

“Rusiyanın Ukraynaya qarşı silahlı təcavüzünü dayandırmaq üçün işğalçıların ordusu üçün silah-sursat anbarlarının məhv edilməsi bundan sonra da davam edəcək”, - deyə Baş Qərargah qeyd edib.

Bu gün axşamüstü Rusiya Medafiə Nazirliyi uzaqmənzilli ATACMS raketləri ilə Bryansk vilayətindəki obyektə hücum edildiyi xəbərini təsdiqləyib. 

Lakin nazirlik iddia edib ki, Ukrayna tərəfdən cəmi 6 raket buraxılıb, onlardan 5-i vurulub, biri isə zədələnib.

Xatirə SADİQ