"Azərbaycan Ermənistanın yolu ilə gedir, sonu yaxşı olmayacaq" - Rusiyadan HƏDƏ 

Rusiya Dövlət Dumasının hakim "Vahid Rusiya" Partiyasından olan deputatı Aleksandr Tolmaçev Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri ilə bağlı sərt fikirlər səsləndirib.

Jul 22, 2026 - 00:11
"Azərbaycan Ermənistanın yolu ilə gedir, sonu yaxşı olmayacaq" - Rusiyadan HƏDƏ 

SAVASHMEDİA.az xəbər verir ki, rusiyalı deputat Azərbaycanın Avropa ilə əməkdaşlığını hədəf alaraq ölkənin "Ermənistanın yolu ilə getdiyini" iddia edib.

"Ermənistanın Rusiyadan uzaqlaşması ona nə verdi? İqtisadi və siyasi problemlər. Təəssüf ki, Azərbaycan Ukrayna və Ermənistanın səhvlərindən nəticə çıxarmır", - Tolmaçev bildirib.

Deputatın sözlərinə görə, Avropa ölkələri tərəfdaşlıq müqabilində dövlətlərdən Rusiya ilə iqtisadi, mədəni və tarixi əlaqələri zəiflətməyi tələb edir.

"Qərb əməkdaşlıq təklif edir, amma əvəzində Rusiyadan uzaqlaşmağı istəyir. Bunun sonu isə yaxşı olmur", - o əlavə edib.

Qeyd edək ki, Prezident İlham Əliyev iyulun 21-də Almaniyaya rəsmi səfər edib. Səfər çərçivəsində Almaniya kansleri Fridrix Merts və Prezident Frank-Valter Ştaynmayerlə görüşlər keçirilib, tərəflər enerji, ticarət, nəqliyyat və strateji tərəfdaşlığın genişləndirilməsi ilə bağlı müzakirələr aparıblar.

Oğuz