Paşinyan anklav ərazilərin həlli yolllarından danışdı
“Ermənistan və Azərbaycan arasında sülhü Qarabağ məsələsinin bağlanması mümkünə çevirib”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu xalqa müraciətində Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
Baş nazir bildirib ki, avqustun 8-də imzalanmış Vaşinqton Bəyannaməsi və paraflanmış sazişlə Ermənistan və Azərbaycan 1991-ci il Almatı Bəyannaməsi əsasında bir-birinin sərhədlərinin toxunulmazlığını və ərazi bütövlüyünü tanıyıb.
N.Paşinyan anklavlarla bağlı qeyd edib ki, bu məsələ də delimitasiya və demarkasiya prosesində qarşılıqlı şəkildə həll edilməlidir:
“Hazırda Azərbaycanın nəzarətində olan Ermənistanın suveren əraziləri kimi, bizim nəzarətimizdə olan Azərbaycanın suveren əraziləri var və bu məsələ demarkasiya prosesində qarşılıqlı şəkildə həll olunmalıdır”.