Zelenski Trampın nümayəndəsi ilə görüşdə nələr dedi? - Təslim olana oxşamır

Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Kit Kelloq ilə görüşüb.

Aug 18, 2025 - 19:00
Aug 18, 2025 - 19:15
Zelenski Trampın nümayəndəsi ilə görüşdə nələr dedi? - Təslim olana oxşamır

SAVASHMEDİA.az onlar cəbhədəki vəziyyəti, eləcədə Ukrayna, Avropa və Amerikanın birgə diplomatik imkanlarını müzakirə ediblər.

"Biz döyüş meydanındakı vəziyyəti, güclü diplomatik imkanlarımızı - Ukraynanı və bütün Avropanı müzakirə etdik. Rusiyanı ancaq güc yolu ilə sülhə məcbur etmək olar və prezident Trampın belə bir gücü var. Biz hər şeyi düzgün etməliyik ki, həqiqətən də sülh olsun", - Zelenski bildirib.

O qeyd edib ki, Rusiyanın Ukrayna şəhərlərinə hücumları həmin gecə də davam edib, iki uşaq həlak olub, onlarla insan yaralanıb.

Eyni zamanda, Ukrayna prezidenti qeyd edib ki, söhbət Avropada bir nəfər üçün sülhdən gedirsə, bu, Avropada hamı üçün sülh deməkdir.

"Biz müharibəni dayandırmaq və təhlükəsizliyi etibarlı şəkildə təmin etmək üçün mümkün qədər məhsuldar işləməyə davam etməyə hazırıq. Bunlar əsas məsələlərdir", - dövlət başçısı vurğulayıb.

Görüş Vaşinqtonda, ABŞ prezidentinin iqamətgahının yaxınlığında, “Hay-Adams” otelində keçirilib.

Oğuz