Ya bombanı seçəcəklər, ya da kağızı - Tramp İranı israillə hədələdi

ABŞ prezidenti Donald Tramp hərbi münaqişədənsə İranla razılaşmağa üstünlük verəcəyini bildirib. 

Feb 11, 2025 - 15:32
Ya bombanı seçəcəklər, ya da kağızı - Tramp İranı israillə hədələdi

SAVASHMEDİA.az-ın xəbərinə görə, Amerika lideri bu barədə Fox News telekanalına müsahibəsində bildirib.

“Hamı İsrailin bizim köməyimiz və ya razılığımızla İranı bombalayacağını düşünür. Mən belə olmamasını istərdim. Ona görə də mən Tehranla bizə İranın nüvə obyektlərini təftiş etmək imkanı verən sazişə üstünlük verərdim.

İranın nüvə silahı əldə etməsinə icazə verilə bilməz və İran hökumətini dayandırmağın iki yolu var: Onlar ya bombanı seçəcəklər, ya da kağızı. Mən onlarla müqavilə bağlamağa üstünlük verərdim. Düşünürəm ki, onlar da bunu istəyərrdilər", - Tramp deyib.

Səlcuq