İmamoğlunun diplomu ləğv edildi, prezidentlik yolu bağlandı

Türkiyənin müxalifətdəki Cümhuriyyət Xalq Patiyasının (CHP) prezidentliyə namizədi Əkrəm İmamoğlunun universitet diplomu ilə bağlı qərar verilib.

Mar 18, 2025 - 19:39
İmamoğlunun diplomu ləğv edildi, prezidentlik yolu bağlandı

SAVASHMEDİA.az xəbər verir ki, İmamoğlunun diplomu ləğv edilib.

Bununla da onun prezidentliyə gedən yolu bağlanıb.

Qeyd edək ki, Əkrəm İmamoğlu İstanbul Universitetini bitirib. Lakin bakalavr həyatına Şimali Kipr Türk Cümhuriyyətindəki Girnə-Amerikan Universitetində başlayıb, daha sonra İstanbul Universitetinə keçid edib. Bu keçid İstanbul Universiteti tərəfindən qanunsuz olduğuna qərar verildiyi üçün bu gün ləvğ edilib.

Onu da bildirək ki, Türkiyə Konstitusiyasının 101-ci maddəsində prezidentlik üçün müəyyən edilmiş tələblərdən biri də universitet məzunu olmaqdır.