Paşinyan razılaşdı, dəhlizi ABŞ-yə icarəyə verir - Adı "Tramp körpüsü" olacaq
Ermənistan hökuməti Zəngəzur dəhlizini ABŞ-a təhvil verməyə razılaşıb.
Bu barədə İspaniyanın “Periodista Digita” nəşri Ermənistan, Azərbaycan və ABŞ arasında imzalanmış “gizli memorandum”a istinadən xəbər yayıb.
Məlumata görə, Ermənistan hökuməti Zəngəzur dəhlizini ABŞ-a təhvil verməyə razılaşıb.
Bu dəhliz Azərbaycan ərazisinin əsas hissəsini Naxçıvanla birləşdirəcək.
Planlaşdırılan 42 kilometr uzunluğundakı “Tramp Körpüsü” adlı nəqliyyat koridoru bu iki ərazini birləşdirəcək. (konkret.az)