Məhkəmə ərəb turistlərlə bağlı QƏRAR VERDİ

Xəbər verildiyi kimi, 3 nəfər əcnəbinin Şəhidlər Xiyabanında nalayiq hərəkətlər etmələri ilə bağlı Cinayət Məcəlləsinin 245-ci (qəbir üzərində təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb.

Aug 18, 2025 - 18:08
Məhkəmə ərəb turistlərlə bağlı QƏRAR VERDİ

SAVASHMEDİA.az-ın məlumatına görə, onlar polis əməkdaşları tərəfindən saxlanılaraq təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunublar.

Müvafiq qərarla saxlanılanların hər biri barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.