HƏMAS tezliklə məhv edilməlidir - Tramp
ABŞ Prezidenti Donald Tramp Fələstinin HƏMAS Hərəkatını mümkün qədər tez məhv etməyə çağırıb.
SAVASHMEDİA.az xəbər verir ki, o, bunun Qəzza zolağında saxlanılan girovların azad edilməsinə imkan verəcəyini bildirib.
“Biz qalan girovların geri qaytarılmasını yalnız HƏMAS məğlub və məhv ediləndə görəcəyik. Bu, nə qədər tez baş verərsə, uğur şansı bir o qədər yüksək olar”, - Tramp vurğulayıb.