Nəsimi Musayev Robert Köçəryanla qonşu oldu - HƏBSXANADA

“Ermənistanda həbs edilən Azərbaycan əsgəri keçmiş prezident Robert Köçəryanla qonşu kamerada saxlanılır”.

Nov 11, 2026 - 12:49
Nəsimi Musayev Robert Köçəryanla qonşu oldu - HƏBSXANADA

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə parlamentdəki müxalif “Ermənistan” fraksiyasının rəhbəri Anna Qriqoryan mətbuat konfransında bildirib.

Qriqoryan qeyd edib ki, Azərbaycan ordusunun əsgəri Nəsimi Musayev İrəvan-Kentron həbsxanasında misli görünməmiş dərəcədə yaxşı şəraitdə saxlanılır. O əlavə edib ki, Ermənistanın ikinci prezidenti qonşu kameradadır və oradakı şərait qeyri-insanidir.